Nəsimi rayonunda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əvvəllər məhkum olunmuş Səbuhi Quliyev saxlanılıb. Onun üzərindən 3 qram heroin, avtomobilindən isə “Makarov” markalı tapança, daraq və 8 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
[caption id="attachment_95133" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]