Bakının Xətai rayonunda Y.Səfərov küçəsində yerləşən parkdan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, parkda məişət tullantıları üçün nəzərdə tutulan 21 qutunun qapaqları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Müşfiq İsgəndərov tutulub.
Faktla bağlı araşdırma aparılır.