Bakı Dairəvi yolunda ağır yol qəzası baş verib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən yolda “Kia” markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun ortasındakı arakəsməyə çarpılaraq aşıb. Nəticədə sürücü - 32 yaşlı Namiq Seyidov yüngül xəsarətlər alıb, 32 yaşlı Səbinə Məhərrəmova isə dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
[video width="706" height="882" mp4="https://bakuplus.az/storage/photos/2023/03/baki-dair-vi-yolda-yol-q-zasi-bas-verib.-kia-markali-avtomobil-asib..mp4"][/video]