Bakıda yerləşən fabriklərin birində işçi dünyasını dəyişib. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Ağsu rayon sakini Lətif Ağayev paytaxtın Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən “Xətai Tikiş-2” ASC-yə məxsus fabrikdə iş başında olan zaman halı pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.