Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti, t.e.n. Fəxrəddin Əlizadə 71 yaşında vəfat edib. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az AzTU-nun mətbuat xidmətinə istinadən məlumat verir.
Fəxrəddin Əlizadə 1970-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Nəqliyyat fakültəsində təhsil alıb. 1988-ci ildə universitetin Daxiliyanma mühərrikləri kafedrasında işə başlayıb.
Çoxsaylı elmi məqalə, metodik vəsait və fənn proqramlarının müəllifi olub.