Martın 5-də Göyçay rayonunun Kürdəmiş kəndindən Kliniki Tibbi Mərkəzə gətirilən 14 yaşlı qız vəfat edib. Bu haqda bu gün, 15 mart tarixində Qafqazinfo məlumat verib.
Zahidə Məmmədzadə dəm qazından zəhərlənib. Ailə üzvləri onu huşsuz vəziyyətdə tapıblar. Həkimlərin səylərinə baxmayaraq, o, martın 14-də keçinib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.