Bakı həbsxanasında məhkum ölüb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Adam öldürməyə görə məhkum olunmuş 77 yaşlı Hüseynağa Cəlilov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
H.Cəlilov 2014-cü ildə Nərimanov rayonu ərazisində yerləşən Elmi Tədqiqat və Kordioloji İnstitutda qətl törədib. Həmin tibb müəssisəsində müalicə alan qatil Saatlı rayon sakini, o vaxtı 62 yaşı olan Mikayıl Hüseynovu bıçaqlayaraq öldürmüşdü.