Nərimanov rayonunda istiqamət göstərici lövhə sakinlərə təhlükə yaradır. Bu haqda 7 aprel tarixində Bakuplus.az-a məlumat daxil olub.
Təbriz küçəsi, Bakı Konqres Mərkəzinin yanında Bakı Nəqliyyat Agentliyinə məxsus istiqamət göstərici lövhə qəzalı vəziyyətdədir. Güclü küləyin təsirindən əyilən dirək aşmaq üzrədir. Bu hal təhlükə mənbəyinə çevrilib.
Bakı Nəqliyyat Agentliyi piyadalar üçün istiqamət göstərici lövhələrin alınması və quraşdırılmasına 2019-cu ildə ümumi 920 min manat xərcləyib.
[caption id="attachment_39663" align="alignnone" width="800"]
Bakuplus.az[/caption]