Qurumdan verilən məlumata əsasən, dünyasını dəyişən şəxs 58 yaşlı Xəqani Hüseynov olub.
09:39 - Metroda adam ölüb
Bakı metrosunda ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az metropolitenə istinadən xəbər verir.
Metronun “20 Yanvar” stansiyasında saat 7:45 radələrində 60 yaşlarında olan sərnişinin halı pisləşib. O, qatardan düşürülüb və ona ilkin yardım göstərilib. Daha sonra əraziyə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Həkimlərin səylərinə baxmayaraq, sərnişini xilas etmək mümkün olmayıb