Bakı Metropolitenin “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatarda texniki nasazlıq baş verib. Bu haqda bu gün, 29 dekabr tarixində APA məlumat verib.
“Xətai”dən yola düşən 18 nömrəli qatar bu səbəbdən geri qaytarılıb, sərnişinlər yenə “Xətai” stansiyasında düşürülüblər.
Qısa zamandan sonra onlar digər qatarla “Cəfər Cabbarlı” stansiyasına yola salınıblar.