Bu gün, 7 mart 15:40-da “Koroğlu" stansiyasında yaşlı kişi sərnişin dünyasını dəyişib. Bu haqda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti məlumat verib.
Sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Təcili yardıma məlumat verildikdən az sonra sərnişin vəfat edib.