Paytaxtın Suraxanı rayonunda 30 nəfər narkotacir saxlanılıb. Bu haqda bu gün, 15 yanvar tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Cari ayın ilk 10 günü ərzində Hövsan, Əmircan, Yeni Günəşli qəsəbələri və rayonun digər ərazilərində narkotik alverinə qarşı keçirilən əməliyyatlar zamanı ümumilikdə 8 kiloqrama yaxın narkotik maddə dövriyyədən çıxarılıb.
Narkotik alverinə qarşı əməliyyatlar davam edir.