Bakının Nəsimi rayonu, Dilərə Əliyeva küçəsində iki avtomobil toqquşub. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Mercedes-Benz” markalı avtomobil “Porche” markalı maşının arxa hissəsinə çarpılıb. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.