Bakının mərkəzində kafedə yanğın baş verib. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Alışma “Torqovaya”da, Rus Dram Teatrının qarşısında yerləşən “Təndir-Məndir” restoranında baş verib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri davam edir.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/04/18.mp4"][/video]