Paytaxtın Nizami rayonunda soyğunçuluq edən 2 nəfər tutulub. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini K.Fərhadlı və Zəngilan rayon sakini V.Əlizadə, Bakı şəhər sakini L.Sadıqovaya zor tətbiq edərək telefonunu almaqda şübhəli bilinərək saxlanılıblar.
Araşdırmalar davam edir.