Nizami rayonunda iki avtomobil toqquşub. Bu haqda 25 aprel tarixində APA məlumat verib.
Qara Qarayev prospektində “Wrangler” markalı avtomobil işıqforun qırmızı işığında dayanarkən, “Opel” markalı maşın yüksək sürətlə ona çırpılıb. Qəza nəticəsində “Opel” deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırma davam edir.
[caption id="attachment_41876" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]