Paytaxtın iki rayonunda bıçaqlanma hadisələri baş verib. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Suraxanı rayonunda 40 yaşlı Dünyamalı Novruzov tanışı ilə dava edən zaman 4 bıçaq zərbəsi alıb.
Xətai rayonu, NZS yaşayış massivində naməlum şəxs 55 yaşlı Mirkazım Məhərrəmovu bıçaqlayıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Araşdırmalar davam edir.