Bakı-Naxçıvan avtobusunu narkotik təsiri altında idarə edən sürücü saxlanılıb. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, keçirilən əməliyyat zamanı Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü, İran vətəndaşı Arjmand Ramez Azim oğlunun narkotik təsiri altında avtobus idarə etdiyi məlum olub.
Həmin şəxs saxlanılıb, onun barəsində araşdırmaya başlanılıb.