Bakı-Quba yolunda sərnişin avtobusu qəzaya düşüb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qubadan Bakıya gələn “Hyundai” markalı avtobus Siyəzən rayonu ərazisində hərəkətdə olan zaman qarşısına iribuynuzlu heyvan çıxıb. Qəfil əyləcə basan sürücü yol sürüşkən olduğu üçün idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="426" height="234" mp4="https://bakuplus.az/storage/photos/2023/01/video-whatsapp-2023-01-11-v-09.31.55.mp4"][/video]