Paytaxt ərazisində iki kişi meyiti aşkarlanıb. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 9 ünvanında 31 yaşlı Kamal Ataxanlı yaşadığı mənzildə özünü qaz borusundan asaraq öldürüb.
Xətai rayonunda isə 39 yaşlı Dəyanət Gərayev yaşadığı evin ikinci mərtəbəsinin pilləkənindən özünü asıb.
Hər iki faktla bağlı araşdırma aparılır.