Bakı sakini Xaçmazda qanunsuz ağacları kəsib. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xaçmaz rayonunun Ağyazıbuduq kənd sakini Abbas Kərimov və Bakı şəhər sakini Aydın Bayramovun eyniadlı rayonun Yergüc və Nərəcan kəndlərində qanunsuz taxta emalı və satışı sexləri işlətdikləri məlum olub.
Həmin sexlərdə ümumilikdə 5 ədəd dəzgah və 10 kubmetr müxtəlif növ ağac və taxta materialları aşkar edilib.