Sumqayıt şəhəri ərazisindəki mənzillərin birindən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı sakini saxlanılıb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə verilən məlumata əsasən, 15.000 manat, 5000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Talib İsgəndərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.