Bakının Suraxanı rayonunda şəhər sakinində narkotik aşkar olunub. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini A.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.