Paytaxt sakinindən külli miqdarda narkotik tapılıb. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini İ.Məmmədov Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq marixuana tapılıb.
Faktla bağlı araşdırma aparılır.