Bakı şəhər sakinindən silah tapılıb. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Şəmkir rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Dadaşov saxlanılıb. Onun üzərində qundağı və lüləsi kəsilmiş yivli tüfəng və 5 ədəd patron aşkar edilib. Həmçinin şübhəli şəxsin “Khazar” markalı avtomobilindən metamfetamin də tapılıb. E.Dadaşov silahı satmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.