Bakının Suraxanı rayonunda adam güllələyən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 fevral tarixində Report məlumat verib.
Fevralın 21-də saat 18:00 radələrində İlkin Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılan axtarış-əməliyyət tədbirləri nəticəsində adam öldürməyə cəhd etməkdə şübhəli bilinən T.Məmmədov tutulub. Baxış zamanı ondan “Escort” markalı ov tüfəngi aşkar olunub.
Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinəyət işi başlanılıb.