Bakıda avtomobil oğurlayan şəxs tutulub. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bu haqda AZƏRTAC 25 okyabr tarixində xəbər verib.
Bakı şəhər sakini A.Babayevin “VAZ-2106” markalı avtomobilinin qaçırılması ilə bağlı Nizami Rayon Polis İdarəsinə müraciətindən sonra əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə avtomobili qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Fərzəliyev müəyyənləşdirilərək tutulub.
Faktla bağlı araşdırma aparılır.