Paytaxt sakinləri evdən oğurluq etdikləri üçün Abşeron rayonu ərazisində tutulublar. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri A.Məmmədov və S.Məmmədov Abşeron rayonunun 28 May qəsəbəsindəki evlərin birindən pul və 6000 AZN dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalara başlanılıb.