Paytaxt sakinləri minalanmış əraziyə icazəsiz daxil olublar. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikov icazələri olmadan stasionar postlardan kənarda, alternativ yollarla işğaldan azad olunmuş ərazilərə daxil olublar.
Onların hər ikisi 20 gün müddətinə həbs olunub.