Bakı sakinləri Hacıqabulda qoyun oğurlayıblar. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxt sakinləri Rəşad Məmmədov və Orxan Həsənov Hacıqabul rayonu ərazisində 9 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinərək saxlanılıblar. Onlar heyvanları satdıqlarını və pulu öz aralarında böldüklərini bildiriblər.
Faktla bağlı araşdırmalar davam edir.