Bakı-Sumqayıt şosesi, 129 ünvanında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 700 kv.m olan bir-birinə bitişik tikililərin dam örtüyü 120 kv.m sahədə kül olub. Binanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.