Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 18 yanvar tarixində Baku.ws məlumat verib.
“Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşaraq idarəetmədən çıxıb. Daha sonra avtomobil bordürə, ardınca yol kənarındakı maşınlara çarpılıb.
Verilən məlumata görə, xəsarət alanlar var. Qəza zamanı avtomobillərə maddi ziyan dəyib.