Bakı-Sumqayıt yolunda sürücü sükan arxasında dünyasını dəyişib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Xocəsən qəsəbəsindən Bakı-Şamaxı istiqamətində hərəkət edən “Tofaş” markalı avtomobil qayda pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılıb. Ona nə üçün saxlanıldığı bildiriləndə sürücü ürək xəstəsi olduğunu və özünü pis hiss etdiyini qeyd edib. Polis əməkdaşları təcili tibbi yardım çağırmağı təklif etsələr də, sürücü artıq onlarla əlaqə saxladığını vurğulayıb.
Daha sonra YPX inspektoru sürücüyə bu halda avtomobil idarə etməməyi tövsiyə edərək oradan uzaqlaşıb. Sürücü nəqliyyat vasitəsini idarə etməyə çalışıb bir qədər getdikdən sonra avtomobil yolun kənarındakı betona dəyərək dayanıb.
Dərhal həkim briqadasının cəlb olunmasına baxmayaraq, sürücü sükan arxasında dünyasını dəyişib.