Paytaxtın Sabunçu rayonunda evdən oğurluq edilib. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ceyhun Əliyev qəsəbədə yerləşən evlərin birindən 2100 AZN və 3500 AZN dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırma aparılır.