Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində narkotik təsiri altında avtomobil sürən şəxs tutulub. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Nicat Həsənov “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman işıq cihazlarında problem olduğu üçün polis tərəfindən saxlanılıb. Bu zaman onun narkotik təsiri altında olduğu məlum olub.
N.Həsənov 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 10 gün müddətinə həbs olunub.