Sabunçu rayonunda avtobus piyadanı vurub.
Qafqazinfo xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində baş verib.
62 yaşlı Akif Ələkbərli 46 saylı marşrut xətti üzrə “Daewoo” markalı avtobusla yolu keçən piyadanı vurub. Nəticədə 53 yaşlı Elmidar Kazım oğlu Xudiyev dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.