Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qəzalı hasar hər gün təhlükə saçır. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az İctimai TV-yə istinadənən xəbər verir.
Söhbət Yavər Əliev küçəsindən gedir. Hər gün yüzlərlə sakin və məktəblinin getdiyi yol boyunca quraşdırılan hasar qəzalı vəziyyətdədir. Hasar əyilib və çat-çatdır. Sakinlər buradan keçməyə qorxsalar da, başqa yolları olmadıqlarına görə məcburən həyatlarını təhlükəyə atırlar.
“Hər gün bu yolla övladlarımı aparıram və çox narahatam. Yolun vəziyyəti acınacaqlıdır. Uzun müddətdir heç kim məsələni həll etmir”, – deyə sakinlər şikayət edirlər.
Sabunçu rayon İcra Hakimiyyəti məsələ ilə bağlı bildirilib ki, qısa zamanda ərazidə təmir işlərinə başlanılacaq.