Bakı şəhərinə qanunsuz girmək istəyən TIR sürücüsü saxlanılıb. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Mercedes-Benz” markalı yük avtomobilinin sürücüsü məhdudiyyət olduğu halda nəqliyyat vasitəsi ilə paytaxt ərazisinə daxil olmaq istəyib. Nəqliyyat vasitəsi saxlanıldığı zaman sürücünün onu idarə etmək üçün müvafiq sənədlərinin olmadığı aşkar edilib. Həmçinin o, polisə müqavimət göstərib.
Sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.