Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. 31 yaşlı Məmmədağa Əliyev yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.