Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə adıçəkilən qəsəbənin 2-ci mədən ünvanında baş verib. 34 yaşlı Sovqat Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobil 60 yaşlı Alik Balayevin sürücüsü olduğu mopedlə toqquşub. Nəticədə ikitəkərlinin sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb. Hazırda araşdırma aparılır.