Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinə saxta pulla gələn şəxs tutulub. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə ötən gün, aprelin 18-də baş verib. Adı qeyd olunmayan bank filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər.
Banka iki saxta 50 dollarlıq əsginas vermək istəyən Rövşən Qəndiyev şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.