Bakının Səbail rayonu, Bayıl qəsəbəsində ahıl kişi itkin düşüb. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
67 yaşlı Ramiz Təhməzov yaşadığı evdən çıxaraq itkin düşüb.
Hadisə ilə bağlı Səbail RPİ-nin 8-ci PB tərəfindən araşdırmalara başlanılıb.