Bakının Səbail rayonunda yanğın başlayıb. Bu haqda Bakuplus Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yanğın açıq ərazidə başlayıb. İlkin məlumata görə, 250 kv.m ərazidə məişət tullantıları alışıb. Alovun yayılmasının qarşısını almaq üçün hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Xəbər yenilənəcək.
16:16 - Yenilənib
Bayıl qəsəbəsində baş verən alışma yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı qamışlıq və məişət tullantıları yanıb.