Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru Neron Babaxanov 84 yaşında vəfat edib. Bu barədə BakuPlus.az Azərbaycan Universitetlərinə istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.
Neron Babaxanov - coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSRİ Xalq Təhsili Nazirinin müavini, 1991-92-ci illərdə Bakı Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektoru kimi çalışıb.
Onun dissertasiya işi SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə həmin ilin görkəmli işi kimi qeydiyyata alınmışdır. 1987-ci ildən elmlər doktoru, 1990-cı ildən isə professor idi.