Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 29 dekabr tarixində Report məlumat verib.
Həmin ərazidən keçən minik avtomobili aşıb. Nəticədə iki nəfər Bakı şəhər sakini: 51 yaşlı S.Süleymanova və 47 yaşlı Ə.Hüseynova xəsarət alıblar.
Hər iki qadın xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdıma aparılır.