Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Atçılıq yaşayış sahəsində avqustun 7-də “Mercedes” markalı avtomobilin qaçırılması haqda Binəqədi RPİ 2-ci Polis Bölməsinə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən Bakı sakinləri Əkbər Kərimov və Vüqar Qəribov Nizami rayonu ərazisində avtomobillə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.