Xəzər rayonu, Binə qəsəbəsində sərnişin avtobuslarının zəncirvari toqquşması baş verib. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Hadisə “Sovxoz” adlanan ərazidə qeydə alınıb. "Kia" markalı avtomobil geriyə hərəkət edən zaman 190 nömrəli avtobusla toqquşub. 160 nömrəli avtobus isə ara boşluğundan istifadə edib keçmək istəyərkən digər avtobusa dəyib.
Nəticədə ərazidə sıxlıq yaranıb.