Suraxanı rayonu, Hövsan qəsəbəsində qətl hadisəsi qeydə alınıb. Bu haqda Oxu.az Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verib.
Hadisə “Sovxoz” adlanan ərazisində baş verib. 44 yaşlı Allahverdi Mirzəyev yaşadığı evdə başından güllələnərək öldürülüb.
Mirzəyevin əvvəllər məhkum olunduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb.