Xəzər rayonunda avtomobil aşıb. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. “Hyundai” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun ortasına aşıb. Nəticədə ərazidə uzun tıxac yaranıb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.