Paytaxtın Binəqədi rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma dördmərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan mənzilin 1 otağında baş verib. Nəticədə 1 ədəd televizor, 1 ədəd kondisioner və 2 ədəd kreslo yanıb. 10 nəfər binadan təxliyə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.